Hollivud aktyoru ona vaksin vuran Nərminə belə təşəkkür etdi - FOTO

6 Dekabr 2021 12:54

Hollivud aktyoru Hyu Cekman "buster" doza vaksin vurdurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.

"Buster vaksinasiyadan keçdim. Çox sağ ol, Nərmin", - Cekman paylaşımında yazıb.

Sosial şəbəkələrdə Nərminin milliyəti maraq doğurub. İddia edilib ki, Nərmin aktyora vaksin vuran tibb bacısının adıdır.

Milli.Az