Sərdar Ortac: “Eşşək kimi işləyirəm”

6 Dekabr 2021 09:20

Sərdar Ortac borclarının silindiyi xəbərinə üsyan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "bu zəmanədə kim kimin borcunu silir. Adamlar 45 milyonluq evi ipotekaya qoyublar. Borcum azalıb. Eşşək kimi işləyirəm", - deyə ulduz müğənni bildirib.

O, özünün heç bir imtiyaz sahibi olmadığını və hamı kimi borclarını ödəməli olduğunu qeyd edib.

Milli.Az