"Hüseyn Cavidin yazdıqları bəşəriyyət üçün aktuallığını qorumaqdadır" - Türkiyə Prezidentinin baş müşaviri

5 Dekabr 2021 21:48

Hüseyn Cavidin yüz il əvvəl yazdıqları bu gün də həm türk dünyası, həm də bütün bəşəriyyət üçün aktuallığını qorumaqdadır.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında bunu Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Azərbaycan şairi Hüseyn Cavidin ölümünün 80-ci ildönümü ilə əlaqədar deyib.

O xatırladıb ki, doğumunun 100-cü ildönümündə Hüseyn Cavid üçün dövlət tədbiri hazırlanaraq Naxçıvanda yenidən dəfn edilib.

"Sovet Rusiyasının komunist rejiminin təbliğ etdiyi sosial realizmə və sifarişli ədəbiyyata rəğbət göstərmədiyi və rejim əleyhinə yazılar yazdığı üçün Hüseyn Cavid sürgün edilib, həyat yoldaşı və iki övladı ilə birlikdə yaşamış olduğu ağrı və zülmlərlə dolu həyatı romanlar üçün mövzu olub. Azərbaycanın azadlığı, türk dünyasının birliyi və gələcəyi üçün canını və ailəsini qurban verən mütəfəkkirimiz heç vaxt unutmayacağıq", - deyə o, bildirib.

Türkiyə Prezidentinin baş müşaviri, həmçinin birinci və ikinci Qarabağ müharibələrində, Ermənistan qoşunlarının Azərbaycanın yaşayış məntəqələrinə qadağan olunmuş silahlarla həyata keçirdiyi hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsini anıb.

"44 gün davam edən Qarabağ müharibəsində cəbhədə şanlı Azərbaycan ordusuna məğlub olan Ermənistan, yaşayış yerlərinə etdiyi hücumları və basdırdığı minaları ilə xalqın malına və canına qəsd edib. Təcavüzkar və işğalçı Ermənistan BMT qərarlarını və beynəlxalq hüququ heçə sayaraq hərbi cinayətlər törədib, eyni zamanda bölgənin təbiətinə, mədəniyyətinə ciddi ziyan vurub. Ermənistanı törətdiyi bütün cinayətlərin əvəzi ödətməklə beynəlxalq üüquqa riayət etməsini təmin etmək regionda sülh və sabitlik üçün əsas şərtdir", - deyə Y.Topçu vurğulayıb.

Milli.Az