Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Poylu kəndinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Milli.Az