İsrailin İrana hücum etmək üçün silah tədarükü gördüyü və təlimlərini artırdığı iddia olunur.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin "Ynet News" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrailin müdafiə tədarüklərinə nəzarət edən nazirlər komitəsi hava qüvvələrinə İrana gözlənilən hücuma hazırlıq çərçivəsində "Lockheed Martin" şirkətinin "CH-53K" helikopterlərini 2,4 milyard dollara almağa icazə verəcək.
İsrailin "Marker" qəzeti də yeni helikopterlərlə bağlı müzakirələrin Dəmir Qübbəli Raket Müdafiə Sistemi üçün əlavə ehtiyatların olduğu 15 helikopterin alınmasının təsdiqlənməsi ilə bir saatdan az çəkdiyini yazıb.
"Ynet News" qeyd edib ki, İsrail hazırda 2015-ci il nüvə sazişini canlandırmaq üçün İran və Avropa İttifaqı, dolayısı ilə ABŞ arasında nüvə müzakirələrinin nəticələrinə çox bədbindir və İsrail üçün işlər İrana zərbə endirmək ehtimalına doğru gedir. Nəşrin məlumatına görə, İsrail ordusu son aylarda İrana qarşı hücum ehtimalı ilə bağlı hazırlıqlarını ikiqat artırıb.
Milli.Az