“Leyptsiq” baş məşqçini istefaya göndərdi

5 Dekabr 2021 16:52

Almaniyanın "Leyptsiq" klubu baş məşqçisi Cessi Marşla yollarını ayırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Cessi Marş 2021-ci ilin iyul ayından "Leyptsiq"də baş məşqçi idi.

Milli.Az