Kardi B-yə "Playboy"da vəzifə verildi - FOTO

5 Dekabr 2021 13:52

Mahnıları qədər sosial şəbəkədəki yazıları ilə də diqqət çəkən repçi Kardi B-yə "Playboy" jurnalında vəzifə verilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə repçi İnstaqram hesabında məlumat verib.

O bildirib ki, məşhur jurnalın kreativ direktoru kimi çalışacaq:

"Playboy" ailəsinə qoşulmaq xəyalım idi. Əminəm ki, görəcəyimiz işlər xoşunuza gələcək".

Milli.Az