Bakıda qadın 133-dən yıxıldı, ayağı sındı

5 Dekabr 2021 09:42

Bakıda xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Rayon ərazisində 1973-cü il təvəllüdlü Əhmədova Reyhan Əliş qızı 133 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsi - Gənclik m/s ) üzrə hərəkət edən sərnişin avtobusundan yerə yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az