Arvadını qarnından bıçaqladı - Novxanıda

5 Dekabr 2021 11:18

Abşeronda rayonunda ailə münaqişəsi bıçaqlanma ilə bitib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb.

Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanan 1980-ci il təvəllüdlü Seyidverdiyeva Aybəniz Oruc qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onda qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az