ABŞ səfiri: «Ermənistan Türkiyənin hazır olacağı vaxtı gözləyir»
4 May 2010 22:14
Milli.Az xəbər portalının məlumatına görə, o, "Azadlıq" radiosuna müsahibəsində bildirib ki, "Serj Sarkisyanın Sürix protokollarının ratifikasiyası prosesini dayandırmasına dair müraciəti Ermənistanın prosesdən çıxmadığını göstərib". "Sarkisyanın müraciətindən görünür ki, Yerevan sadəcə, Türkiyənin münasibətlərin normallaşdırılması prosesinə hazır olacağı vaxtı gözləyir", - deyə diplomat qeyd edib.
Yovanoviç S.Sarkisyanın "prosesi dəstəkləmək" qərarını alqışlayaraq deyib: "Hesab edirik ki, tərəflər sülh istiqamətində işləmək imkanı qazanıb. Birləşmiş Ştatlar bu iki dövlət arasında münasibətlərin normallaşdırılması səylərini davam etdirir. Hesab edirik ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi ağlabatan müddətdə və hər hansı ilkin şərt olmadan irəli aparılmalıdır".
Milli.Az