Şəmkirdə avtomobil aşıb, sürücü ölüb

4 Dekabr 2021 21:23

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.

Hərəkətdə olan "Changan" markalı minik avtomobili idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Eşqin Abbasov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az