Ağstafada yol qəzasında sürücü xəsarət alıb

4 Dekabr 2021 21:22

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ceyrançöl adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan "NİVA" markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq açıb. Qəza zamanı sürücü, 1974-cü il təvəllüdlü Hacı Yadigarov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az