“Səbail”in məşqçisi: "Qələbəyə bərabər heç-heçə idi"

4 Dekabr 2021 19:28

"Çox ağır keçdi. Hər oyuna itkilərlə çıxırıq. Zədəli və cəzalı oyunçularımız olur".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Səbail"in məşqçisi Vüqar Məmməd deyib.

O, Premyer Liqanın "Keşlə" ilə matçı (2:2) barədə fikirlərini "CBC Sport"a açıqlayıb: "Sonadək oynadıq. Hər matç çətin olur. Qələbəyə bərabər heç-heçə idi. Sistemi və bir neçə futbolçunu dəyişdik. Faydası da oldu"

Milli.Az