Əməkdar mədəniyyət işçisi koronavirusdan vəfat etdi

4 Dekabr 2021 15:28

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin kollektivinə ağır itki üz verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "İçərişəhər" Muzey Mərkəzinin direktor müşaviri, Əməkdar mədəniyyət işçisi Gülnar Əliyeva koronavirusdan dünyasını dəyişib.

2008-ci ildən təcrübəli muzeyşünas kimi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsinə qəbul edilən Gülnar Əliyeva 2014-cü ildə Əməkdar Mədəniyyət işçisi adına layiq görülüb.

Allah rəhmət eləsin!

Milli.Az