Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırıldı

4 Dekabr 2021 11:48

Tevan Poqosyan Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, o, bunu yerli "Hraparak" qəzetinə müsahibəsində deyib.

"Mən bir neçə aydır ki, Prezident Armen Sarkisyanın müşaviri deyiləm", - o qeyd edib.

Ermənistanın keçmiş deputatı dövlət başçısı ilə sonuncu dəfə aprel ayında görüşdüyünü bildirib.

Milli.Az