SOCAR-ın itkin düşmüş əməkdaşının ailəsi nələr danışdı? - VİDEO

4 Dekabr 2021 16:37

SOCAR-ın əməkdaşı xəzər dənizində itkin düşüb. Neft daşlarında çalışan Mürsəl Namazovun hansı şəraitdə itkin düşdüyü hələ ki, məlum deyil. Əməkdaşımız Ömər Xıdırov itkin düşən Mürsəl Namazovun ailəsində olub və hadisə ilə bağlı son məlumatları öyrənib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Neft Şirkətinin əməkdaşı Neft Daşlarında itkin düşdü. Onun axtarışlarına gəmilər və dalğıclarla yanaşı, helikopterlər də cəlb olunub.

Neft Daşlarında elektrik montyoru vəzifəsində işləyən 49 yaşlı Namazov Mürsəl Həsənəli oğlu dekabrın 1- də itkin düşüb. SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov sözlərinə görə, Mürsəl Namazov həmin gün gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5.45 radələrində iş yerində görünüb. Daha sonra isə onu görən olmayıb.

Mürsəl Namazovun oğlu Elgün Namazov ''Xəzər Xəbər''ə bildirib ki, atası 22 il idir ki, bu sahədə çalışırdı. Axırıncı dəfə onunla danışanda hər şeyin yaxşı olduğunu bildirib.

Digər oğlu Həsənəli Namazov isə bildirdi ki, atasının sağlamlığı ilə bağlı heç bir problemi olmayıb.Ailə tezliklə Mürsəl Namazovun tapılmasını istəyir.

Qeyd edək ki, hazırda dənizdə Mürsəl Namazovun axtarışları davam etdirilir. Onun hansı şəraitdə itkin düşdüyü araşdırılır.

Milli.Az