“Azərişıq” xəbərdarlıq etdi - Bu şəxslərin işığı kəsiləcək - VİDEO

4 Dekabr 2021 15:52

Bəzi abonentlər tərəfindən sayğaclara müdaxilə edilərək elektrik enerjisinin talanması halları müşahidə olunur. "Azərişıq" ASC-nin əməkdaşlarının elektrik sayğaclarının oxunması ilə bağlı keçirdikləri növbəti əməliyyat zamanı da bir çox qanun pozuntusu aşkarlanıb. Qurum bir daha əhaliyə xəbərdarlıq edir ki, ən son quraşdırılan sayğaclar yenidir və edilən hər bir kənar şeyi beynində saxlayır, edilən bütün müdaxilələr labarator şəraitdə üzə çıxır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, birinin üzərində əlavə qurğu var. Digərinə isə kanar müdaxilələr edilib. Hətta başqa bir sayğaca kənar xətlərin çəkilməsi müşahidə edilib.

"Azərişıq" ASC-nin əməkdaşlarının elektrik sayğaclarının oxunması ilə bağlı keçirdikləri əməliyyat zamanı bir çox qanun pozuntusu aşkarlanıb. Bəzi abonentlər tərəfindən sayğaclara müdaxilə edilərək elektrik enerjisinin talanması halları müşahidə olunub. 

Bu ilin 11 ayı ərzində talama hallarına yol verən 1254 abonent aşkarlanıb. Həmin abonentlər üzrə itirilmiş elektrik  enerjisinin miqdarı isə 17 milyon kVts-dan çox olub. 

Qeyd edək ki, elektrik enerjisinin abonentlərə  keyfiyyətli verilməsi və talanma hallarının vaxtında qarşısının alınması məqsədi ilə "Azərişıq" ASC-nin müvafiq strukturları bu istiqamətdə mütəmadi işlər görür və bu cür neqativ halların qarşısını alırlar. Uçotlara müdaxilə və kənar xətdən istifadə halları aşkar olunduqda həmin abonentlərin elektrik enerjisi təchizatı dərhal daynadırılır və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Həmçinin, həmin obyekt və müəssisələrin adları bundan sonra da kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.

Milli.Az