Avropa Samirəni 10-cu etdi

4 Dekabr 2021 10:12

Avroviziya-2021 təmsilçimiz Samirə Əfəndi "Spotify" da ilin ən çox dinlənən Avroviziya mahnıları arasında 10-cu olub.

Milli.Az Olay-a istinadən xəbər verir ki, bu günədək yayımlanan Avroviziya mahnılarımız arasında ən yüksək göstərici əldə edən "Mata Hari" nə az, nə çox 21,700,000 dəfə dinlənilib.

"12 Xal" tərəfindən təqdim olunan ümumi sıralama aşağıdakı kimidir:

1. Måneskin - Zitti E Buoni (299,200,000)

2. Go_A - Shum (61,800,000)

3. Blind Channel - Dark Side (45,700,000)

4. Barbara Pravi - Voilà (43,900,000)

5. Tusse - Voices (34,800,000)

6. Elena Tsagrinou - El Diablo (33,700,000)

7. Daði Freyr - 10 Years (29,100,000)

8. Gjon's Tears - Tout L'Univers (26,500,000)

9. TIX - Fallen Angel (22,400,000)

10. Efendi - Mata Hari (21,700,000)

Milli.Az