Putin və Bayden arasında keçiriləcək görüşün vaxtı bilindi

4 Dekabr 2021 21:09

Dekabrın 7-də ABŞ Prezidenti Cozef Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında qorunan videoəlaqə vasitəsilə görüş keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evdəki mənbəyə istinadən "Reuters" agentliyi xəbər yayıb.

Məlumata əsasən, C.Bayden görüş zamanı V.Putinlə Ukrayna ilə bağlı vəziyyəti və bir sıra digər məsələləri müzakirə etmək niyyətindədir.

Milli.Az