Oğlan və qız tualetləri birləşdirilir - VİDEO

4 Dekabr 2021 13:12

Amerikanın İllinoys ştatının Çikaqo şəhərindəki dövlət məktəbləri oğlan və qızlar üçün tualetləri ləğv edəcək, bunun əvəzində "uşaqların gender kimliyinə uyğun gələn" tualetlər yaradacaq.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çikaqo Dövlət Məktəblərinin ("Chicago Public Schools") "Twitter hesabında məlumat verilir.

Bundan əlavə, məktəblərdə əllərin yuyulması üçün "gender-neytral ərazi" yaradılacaq. Çikaqo dövlət məktəbləri assosiasiyasının nümayəndələrinin sözlərinə görə, bu, gender bərabərliyinə hörmət naminə və uşaqların təhlükəsizliyi üçün edilir.

Eyni zamanda, məktəblərdə işçilər üçün tualetlər ayrı olacaq.

Milli.Az