Putinlə Bayden nəyi müzakirə edəcəklər?

4 Dekabr 2021 10:06

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ölkə başçısı Vladimir Putinlə ABŞ lideri Co Bayden arasında gözlənilən danışıqların əsas mövzularını açıqlayıb.

Onun sözlərinə görə, dövlət başçıları əsasən Yaxın Şərq, Ukrayna və NATO-nun genişlənməsi məsələlərini müzakirə edəcəklər.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, danışıqların videobağlantı formatında təşkil olunağı bildirilib.

Görüşün vaxtı isə açıqlanmayıb.

Milli.Az