Avropada qazın qiyməti 1 050 dollardan aşağı düşüb

4 Dekabr 2021 08:27

Avropada qazın qiyməti ticarət sessiyasının sonunda hər min kubmetr üçün 1 050 ABŞ dollarından aşağı düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu ICE birjasının məlumatları sübut edir.

Niderlandın TTF qovşağında yanvar fyuçerslərinin qiyməti hər 1 000 kubmetr üçün 1 045 ABŞ dolları təşkil edib.

Gün ərzində Avropada qazın qiymətinin ümumi azalması 5,7% təşkil edib.

Milli.Az