Baş həkim işdən çıxarıldı

4 Dekabr 2021 07:18

Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov tutduğu vəzifədən azad edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, baş həkimlə başa çatan əmək müqaviləsinin müddəti yenilənməyib.

Qeyd edək ki, Elçin Bilalov bu vəzifəyə 2016-cı ildə təyin olunmuşdu. O, bu postda Famil Zeynalovu əvəzləmişdi.

E.Bilalov vaxtilə Göyçayda fəaliyyət göstərən "Təbabət" klinikasının rəhbəri olub.

Milli.Az