Yunanıstanda buster doza üçün müddət azaldılıb

4 Dekabr 2021 08:02

Yunanıstanın Səhiyyə nazirliyi buster doza üçün müddəti 6 aydan 3 aya endirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, buna səbəb son günlərdə yoluxmaların kəskin artmasıdır.

Noyabrın əvvəllərindən etibarən sutkalıq yoluxma və ölüm hallarında ciddi artım müşahidə olunur. Son bir neçə gündə isə sutkalıq yoluxmalar 3500-dən 6000-ə yüksəlib. Ötən sutka ölkədə koronavirusdan 97 ölüm faktı qeydə alınıb.

Milli.Az