Komandası qələbə qolu vurdu: Baş məşqçi öldü - VİDEO

3 Dekabr 2021 21:00

Misirin "Əl-Mac" komandasının baş məşqçisi Adham əl-Selhadar meydanın kənarında ürək tutmasından dünyasını dəyişib. 

Milli.Az lent.az-a istinadla bildirir ki, bu, komandasının qələbə qolundan dərhal sonra baş verib.

"Əl Zarka" komandası ilə oyunda meydan sabihləri qələbə qolunu əsas vaxta artırılan 3-cü dəqiqədə vurublar. Komanda qolu o qədər sevinclə qeyd edib ki, məşqçi özünü pis hiss edib.

Təcili olaraq həkimlər və təcili yardım gəlib, lakin məşqçini xilas etmək mümkün olmayıb - o, xəstəxanaya aparılarkən yolda ölüb,

Klub rəhbərliyi altı günlük matəm elan edib və növbəti turun oyunu təxirə salınacaq.
Milli.Az