Əməkdar artistin halı pisləşdi, efirə çıxa bilmədi

3 Dekabr 2021 16:36

Əməkdar artist Cabir Abdullayevin səhhəti pisləşib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ARB TV-yə gələn zaman xanəndə özünü pis hiss edib və verilişə çıxa bilməyib.

Bu haqda aparıcı Zümrüd Bədəlova deyib. O bildirib ki, C.Abdullayevin təzyiqi qalxıb:

"Burada liftimiz var, gələndə xəbər etməliydiniz. Piyada pilləkəni qalxıb, halı pisləşib".

Milli.Az