Tanınmış futbolçumuzun atası koronadan vəfat etdi

3 Dekabr 2021 19:00

"Keşlə"nin futbolçusu Rail Məlikovun atası Nadir Məlikov dünyasını dəyişib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Sənan Qurbanov məlumat yayıb.

S.Qurbanov bildirib ki, mərhum koronavirusdan vəfat edib:

"N.Məlikov bir müddət öncə infeksiyaya yoluxmuşdu".

Milli.Az