Məşhur müğənni bu serialda rol alacaq

3 Dekabr 2021 19:54

Türkiyəli məşhur müğənni Alişan yeni layihədə yer alacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Seksenler" serialının heyətinə daxil olub.

Ekran işində rol alan digər aktyorlar Alişanla çəkiliş meydançasından olan fotoları paylaşaraq ona "Xoş gəldin" deyiblər.

Qeyd edək ki, Alişanın qardaşı Tektaş bir neçə ay əvvəl koronavirusdan vəfat edib.

Milli.Az