Türkiyəli məşhur aktyorun Bakıdakı bu görüntüləri heyrətləndirdi - VİDEO

3 Dekabr 2021 15:18

Türkiyəli aktyor Ozan Akbabanın sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, film çəkilişləri səbəbilə ölkəmizdə qonaq olan Akbaba bir sıra bölgələrimizlə yanaşı paytaxtı da qarış-qarış gəzir.

Bu dəfə Bakıdakı musiqi  alətləri mağazalarından birində olan Ozan orada nağara çalıb. Akbaba qarmonda Azərbaycanın ritmik xalq rəqsi "Tərəkəmə"ni ifa edən yerlimizi ustalıqla müşayiət edib.

Onun bu görüntüləri bir çox sosial platformalarda yayılaraq müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri türkiyəli aktyorun bu qabiliyyətini yüksək qiymətləndirərək onu bəyəndiklərini bildiriblər.

Milli.Az