Gürcüstanda zəlzələ baş verib

4 Dekabr 2021 19:44

Gürcüstanın cənubunda 3,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Sameba kəndindən 7 kilometr aralıda, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Milli.Az