“O dava canlı yayımda baş verməyib”- İllər sonra gələn etiraf

3 Dekabr 2021 10:46

Türkiyənin tanınmış aparıcısı və aktyoru Cem Davran illər əvvəl efirdə baş verən Sevda Demirel-Hande Ataizi davası ilə bağlı bir faktı açıqlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi əslində həmin münaqişənin canlı yayımda baş vermədiyini söyləyib.

"Canlı deyildi. Amma kanal yayımladı. Hər kəsin gözü önündə olduğu üçün efirə verildi",- deyə Davran qeyd edib.

Qeyd edək ki, sözügedən davada Demirel Handeye sillə vurub. Bu olay illərlə müzakirə olunub.

Milli.Az