Türkiyəli aktyor Erkan Petekkaya xəstəxanaya yerləşdirilib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor böyrəyindəki ağrılar səbəbindən axşam saatlarında təcili olaraq xəstəxanaya aparılıb. Petekkaya hazırda müalicə olunduğu bildirilir.
Qeyd edək ki, aktyor 4 il əvvəl böyrək daşı səbəbindən əməliyyat olunmuşdu.
Milli.Az