Şabranda quşçuluq sexində yanğın olub

4 Dekabr 2021 19:43

Şabran rayonunda ümumi sahəsi 1224 m² olan quşçuluq sexinin içərisində 54 ədəd plastik qab və yerə səpilən saman 450 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az