Arman Tatoyan yolun sonuna çatdı – Ermənistanın yeni ombudsmanı...

4 Dekabr 2021 19:37

Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyası ölkənin ombudsmanı vəzifəsinə ədliyyə nazirinin müavini Kristina Qriqoryanın namizədliyini irəli sürüb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə partiyanın parlamentdəki fraksiyası məlumat yayıb.

"Vətəndaş Müqaviləsi" fraksiyasının növbəti iclasında Ermənistanın hüquq müdafiəçisi vəzifəsinə Kristina Qriqoryanın namizədliyinin irəli sürülməsi qərara alınıb", - Mülki Müqavilə fraksiyasının Feysbuk səhifəsində deyilir.

Kristina Qriqoryan 2019-cu ilin iyul ayından ədliyyə nazirinin müavini vəzifəsini icra edir, 2021-ci ilin aprelində nazirin birinci müavini təyin olunub.

Hazırkı ombudsman Arman Tatoyanın səlahiyyət müddəti 2022-ci ilin fevralında başa çatır. O, 2016-cı ildə Ermənistanın ombudsmanı seçilib.

Tatoyan Baş nazir Nikol Paşinyanın komandasında Azərbaycana qarşı ən radikal və aqressiv mövqe tutan şəxslərdən biri kimi tanınır.

Milli.Az