“Tesla” uşaqlar üçün kvadrosikl hazırlayıb

5 Dekabr 2021 10:12

Elektromobil istehsalçısı "Tesla" azyaşlıları da yaddan çıxarmayıb.

Belə ki, şirkətin onlayn mağazasında "Cyberquad" adlı kvadrosiklin satışlarına başlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəqliyyat vasitəsi tamamilə elektrik mühərriklə çalışır. Onun dizaynı "Cybertruck" pikapını xatırladır.

Kvadrosiklin birdəfəlik enerji yığımıyla gediş məsafəsi 24 km, maksimal sürəti isə 16 km/saatdır.

Onu 1900 dollara əldə etmək olar.

Milli.Az