Bu rayonda qaz kəsiləcək

2 Dekabr 2021 22:22

Sabah Zaqatala şəhəri və rayonun 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Zaqatala" QPS-də quraşdırılmış qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə bağlı sabah saat 09:00-dan işlər başa çatanadək "Zaqatala" QPS-dən qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Zaqatala şəhəri və rayonun 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.

Milli.Az