Azərbaycan bayrağı ilk dəfə rəsmi şəkildə İsrail səmasında dalğalanır

2 Dekabr 2021 17:27

İsraildə Azərbaycanın ticarət nümayəndəliyinin açılması iki ölkə arasında münasibətlərdə son dövrlərin ən vacib nailiyyəti olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan bayrağı ilk dəfə rəsmi şəkildə İsrail səmasında dalğalanır.

Səfir, həmçinin əlavə edib ki, ticarət nümayəndəliyinin açılması gələcəkdə İsraildə Azərbaycan səfirliyinin açılmasına kömək edəcək.

Milli.Az