Buna nail olmaq lazımdır - Niderland XİN Azərbaycan və Ermənistan haqda

2 Dekabr 2021 17:03

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsində irəliləyişə nail olmaq lazımdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Niderlandın xarici işlər naziri Ben Knalen ATƏT üzv ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı deyib.

Onun sözlərinə görə, sərhəddə bir müddət əvvəl baş vermiş toqquşmalar narahatlıq doğurur və bir sıra həll olunmamış məqamların qaldığını göstərir.

"Bu, həm də iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsidir. Bu məsələdə irəliləyişə nail olmaq lazımdır", - deyə nazir bildirib.

Milli.Az