Hindistanda koronavirusun “omikron” ştamına 2 yoluxma halı qeydə alınıb

3 Dekabr 2021 04:35

Hindistanın Kartanaka ştatında koronavirusun "omikron" ştamına 2 yoluxma halı qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə Naziliyi məlumat yayıb.

Yoluxan şəxslər 66 və 46 yaşlı kişilərdir.

Yoluxma SARS-CoV-2 genomu üzrə tədqiqatlar konsorsiumunun araşdırması nəticəsində aşkarlanıb.

Milli.Az