"Heç kim bizə həsəd aparmasın" - keçmiş stüardessalardan maraqlı etiraflar - FOTO

2 Dekabr 2021 18:36

Keçmiş stüardessalar peşələrinin ən xoşagəlməz tərəfləri ilə bağlı təəssüratlarını Daily Mail-ə bölüşüblər.

Milli.Az xəbər verir ki, "heç kim inkar edə bilməz ki, dünyanı gəzmək və bunun üçün pul almaq cazibədardır. Amma reallıqda bu heç də belə deyil. Bu, çətin işdir və hamımızın xoşagəlməz hekayələrimiz var "deyə stüardessalardan biri bildirib. Onlardan biri Fiona Mallinson işlədiyi müddətdə dəfələrlə çirkin işlər görməklə qarşılaşdığını qeyd edib. Laura Reynolds da həmkarını dəstəkləyib və əlavə edib ki, "turistlər ekipaj üzvlərinə tez-tez paketsiz işlənmiş uşaq bezləri verirlər. Onları götürmək isə ən pis hal idi. Lakin sən "sağ ol" deyib gülümsəməlisən" deyib.

Anar Əli
Milli.Az