Ümumdünya Səhiyyə Təşkilatına üzv ölkələr pandemiyanın qarşısının alınması və nəzarət üçün beynəlxalq müqavilə üzrə danışıqlara başlamaq qərarına gəliblər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qərar Ümumdünya Səhiyyə Assambleyasının noyabrın 29-dan dekabrın 1-dək Cenevrədə keçirilən ikinci xüsusi sessiyası zamanı konsensus yolu ilə qəbul edilib.
Milli.Az