Bakıda yolu keçən piyadanı avtomobil vurub

2 Dekabr 2021 08:37

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nəsimi rayonu, 3-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Abdullayev Sahib Nizami oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qayığabənzər sümüyün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az