Bakıda motosiklet maneəyə çırpılıb, xəsarət alanlar var

2 Dekabr 2021 08:27

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü İsmayıllı Uğur Emin oğlu idarə etdiyi motosikleti yol qırağındakı maneəyə çırpıb.

Nəticədə U. İsmayıllı və motosikletdə olan sərnişin, 1995- cı il təvəllüdlü Həsənov Turan Xaləddin oğlu xəsarət alıblar.

Hər iki şəxs xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az