"Milan" və "İnter"dən qələbə, "Napoli" xal itirdi

2 Dekabr 2021 08:08

İtaliya A seriyasında 15-ci turun oyunları davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, növbəti oyun günündə daha 4 görüş keçirilib.

Lider "Napoli" "Sassuolo"nun qonağı olub və xal itirib. "Milan" isə səfərdə "Cenoa"nı böyük hesabla məğlub etməklə liderlə xal fərqini azaldıb. Son çempion "İnter" doğma meydanda "Spetsiya"nı məğlub edib. "Roma" isə "Bolonya" ilə səfər oyununda məğlub olub. 

1 dekabr

"Bolonya" - "Roma" - 1:0
Qol: 
Svanberq, 35.

"İnter" - "Spetsiya" - 2:0
Qol:
 Qalyardini, 36. L.Martines, 58-pen.

"Cenoa" - "Milan" - 0:3
Qol:
 İbrahimoviç, 10. Messias, 45+2; 61.

"Sassuolo" - "Napoli" - 2:2
Qol:
 Skamakka, 72. Ferrari, 89 - F.Ruis, 51. Mertens, 60.

Bu nəticələrdən sonra turnir cədvəlinə 36 xalla "Napoli" başçılıq edir. "Milan" 35 xalla 2-ci, "İnter" 34 xlla 3-cü, "Atalanta" 31 xalla 4-cü, "Roma" 25 xalla 5-cidir.

Milli.Az