Ərdoğan yeni xəzinədarlıq və maliyyə nazir i təyin edib

2 Dekabr 2021 07:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəzinədarlıq və maliyyə naziri Lütfi Elvanın istefa barədə ərizəsini qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, eyni qərarla T.Ərdoğan xəzinədarlıq və maliyyə naziri vəzifəsinə Nürəddin Nebatini təyin edib.

Qeyd edək ki, N.Nebati daha əvvəl xəzinədarlıq və maliyyə nazirinin müavini vəzifəsində çalışıb.

Milli.Az