Qazax sakini hündürlükdən yıxılaraq xəsarət alıb

1 Dekabr 2021 21:35

Qazax rayon sakini ayağından xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.

1980-ci il təvəllüdlü Ayaz Eminalıyev sağ budun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yarası tikilib, vəziyyəti kafidir. 41 yaşlı kişinin dediyinə görə, yaşadığı evin damında iş görən zaman hündürlükdən yıxılaraq xəsarət alıb. Hadisənin səbəbləri araşdırılır.

Milli.Az