Azərbaycan və Ermənistanın xarici işlər naziri İsveçdə görüşəcək

1 Dekabr 2021 18:04

Dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İsveçdə görüşəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət qurumunun nümayəndəsi Lük Pyer Devin deyib.

O bildirib ki, görüşün ATƏT nazirlər konfransı çərçivəsində keçirilməsi nəzərdə tutulur.

Milli.Az