Almaniyada İkinci Dünya müharibəsindən qalan bomba partlayıb, yaralılar var

1 Dekabr 2021 17:32

Almaniyanın Münhen şəhərində dəmiryol stansiyası yaxınlığında partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

İnsident stansiya yaxınlığında tikinti işlərinin getdiyi sahədə baş verib.

Almaniya dövlət dəmiryol şirkətinin məlumatına görə, hadisəyə İkinci Dünya müharibəsindən qalan aviasiya bombasının partlaması səbəb olub.

Hadisə yeri polis tərəfindən əhatəyə alınıb. Qatarların hərəkəti dayandırılıb.

Milli.Az