Günay Elçinlə duetə pul xərcləmək istəməyib

1 Dekabr 2021 20:42

Müğənni Günay İbrahimli həmkarı Elçin Cəfərovla oxuyacağı duetin maddi tərəfindən boyun qaçırıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə Kazım Sübhan aparıcısı olduğu "Özəl" proqramında məlumat verib.

O, qonağı olan E. Cəfərova "Yadındadır, biz səninlə Günay İbrahimli ilə duet etmək istəyirdik. Amma söhbət maddi mövzulara gələndə dayandı. Halbuki hər iki tərəfdən təklif gəlmişdi. Günay xanım onun maddi tərəfini öz boynuna götürmək istəmədi",- sözlərini deyib.

Elçin isə sözügedən məlumatı təsdiqləyib və bunları söyləyib:

"Konkret onunla bağlı demək istəmirəm. Duetdə iş qarşılıqlıdır. Kiminsə imkanı çox, ya az ola bilər. Sonra razılaşma əldə olunar. Məsələn, biri mahnını bəstələyibsə, mənəvi əziyyətini çəkib. Bu da olar. Yaxud da qarşı tərəf deyə bilər ki, bu dəfə mən edirəm, gələn dəfə sən".

Daha sonra Kazım Cəfərovun açıqlamasına cavab verib:

"Misalı Günay xanımdan uzaq... Fikrimcə, kimsə duet ortağına deyirsə ki, hamısını o, etsin, sanki özünü bir pillə tərəf müqabilindən üstün tutur. Yəni  ona uğur gətirəcək də, mənim üçün fərqi yoxdur deyə fikirləşir".

Milli.Az