Başqalarının şəkillərini paylaşmağa qadağa

1 Dekabr 2021 19:38

Dünyanın ən məşhur sosial şəbəkələrindən biri olan "Twitter" yeni funksiyasını təqdim edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, tətbiq istifadəçilərin şəxsi şəkillərini icazəsiz paylaşılmasına ciddi nəzarət edəcək.

"Twitter" mövzu ilə bağlı açıqlamasında şikayət olunduğu təqdirdə foto və ya videoları siləcəklərini açıqlayıb. Bu prosesin "şəxsi məlumat siyasəti"ni gücləndirmək üçün edildiyi qeyd edilib.

Milli.Az